Yenilənən qlobal və regional perspektivlər kontekstində müasir milli iqtisadi inkişaf modeli

Azərbaycanın milli iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəf­lərindən biri də onun sərbəst inkişaf etmək imkanında olmasıdır ki, bu da ölkədə daxili investisiya artımına, qlobal layihələrin dövlət büdcəsi hesabına reallaşdırılmasına, qlobal böhranların təsirlərindən məharət-lə qorunmasına öz töhfəsini verir. 

Məqalədə yenilənən qlobal və regional perspektivlər kon­tek­sində müasir milli iqtisadi inkişaf modelinin təməl prinsipləri, strateji inkişaf istiqamətlərinin nəzəri-metodoloji və praktiki tərəfləri təsvir edilmişdir.

Məqalədə Azərbaycanın milli iqtisadi inkişaf modeli elmi-nəzəri və praktiki baxımdan təhlil edilmiş, onun xüsusiyyətləri göstərilmiş, əldə edilən iqtisadi nəticələrə obyektiv qiymət verilmiş, yeni mərhələdə milli iqtisadi modelin konsepsiyası əsaslandırılmış, uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın proritet istiqamətləri göstərilmişdir. Eyni zamanda qlobal meyillər, çağırışlar və imkanlar, dayanıqlı və artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət çərçivəsində Azərbaycanın formalaşmış milli iqtisadi inkişaf modeli araşdırılmışdır.

Açar sözlər: iqtisadi islahat, milli iqtisadi inkişaf modeli,  makroiqtisadi sabitlik, ÜDM,  dayanıqlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, strateji yol xəritəsi.

 

https://doi.org/10.59610/bbu1.2023.135-142

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Cabbarov Ayətulla Suvahil oğlu