Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində atdığı uğurlu addımlara, əldə olunan səmərəli nəticələrə həsr olunmuşdur. Azər-baycan dövlətçiliyinin memarı dahi şəxsiyyət Heydər Əliyev müasir dövlət idarəçiliyi sahə-sində elmi-praktiki məktəbin banisidir. Məqalədə Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində misilsiz xidmətlərindən bəhs olunur, yaratdığı idarəçilik məktəbinin fəlsəfəsindən söhbət açılır. Heydər Əliyev idarəçilik məktəbinin nəzəri və praktiki əsasını Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi siyasi-iqtisadi idarəçilik fəaliyyəti və prinsipləri təşkil edir. Heydər Əliyevin idarəçilik məktəbi bu gün də gənc nəslin formalaşması və inkişafı istiqa-mətində, onların dövlət idarəçiliyində uğurla təmsil olunmasında əhəmiyyət kəsb edir.
Məqalədə Heydər Əliyevin idarəçilik fəaliyyətinin əsas istiqamətləri, prioritetləri təhlil edilmiş, onun dövlət inzibatçılığı sahəsində sosial-iqtisadi siyasətinin əsas istiqamətləri və strateji hədəfləri elmi-praktik cəhətdən əsaslandırılmışdır. Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafına hər zaman kompleks yanaşmış, qeyri-neft sektorunun inkişafına yüksək önəm vermiş, dövlət idarəçiliyi fəaliyyətində bu sahədə uğurlu addımlar atmışdır. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması onun siyasi idarəçilik fəaliyyətinin ana xəttini təşkil edirdi. Bu məsələ hər zaman onun diqqət mərkəzində olmuş, xarici siyasətinin əsas prioritetinə çevrilmişdir.
Məqalədə Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasəti geniş izah olunmuş, onun hakimiy-yəti dövrü üçün ölkənin makroiqtisadi göstəricilərinin təhlili aparılmaqla, siyasi liderin idarəçilik fəaliyyətinin uğurlu nəticələri müzakirə olunmuşdur. Bu məqsədlə də biz Heydər Əliyevin ha-kimiyyəti illərində ümum daxili məhsulunun artım templəri, sənaye məhsulunun istehsal (mülkiy-yət növlərinə görə) göstəricilərinin, habelə özəl sektorun sənaye istehsalındakı xüsusi çəkisininin artım dinamikası təhlil olunmuşdur. Bu cür təhlillər deməyə əsas verir ki, Heydər Əliyevin idarə-çilik fəaliyyəti dövründə iqtisadiyyatın inkişafının əsas xəttini ümumdaxili məhsulda özəl sek-torun xüsusi çəkisinin yüksəldilməsi təşkil etmişdir.
Məqalədə Ulu Öndərin idarəçilik kursunun davamçısı kimi İlham Əliyevin də uğurlu idarəçilik fəaliyyətindən bəhs olunmuşdur. İlham Əliyev tərəfindən siyasi xəttin müvəffəqiyyətlə davam etdirilməsi sonrakı dövrlərdə iqtisadi sahədə makroiqtisadi göstəricilərin uğurlu dina-mikasında özünü tam aydın göstərir. Bu onunla əlaqədardır ki, Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderin siyasi iqtisadi xəttinin layiqli davamçısıdır. Bu cür davamlı fəaliyyət əlbəttə ki, ölkəmizin siyasi və sosial-iqtisadi fəaliyyətinin inkişafının əsasını təşkil edir.
Açar sözlər: dövlət idarəçiliyi, idarəçilik məktəbi, ümum daxili məhsul, sənaye sahəsi, özəl sektor, iqtisadi inkişaf.