Müstəqillik dövründə mürəkkəb formalaşma mərhələlərindən keçmiş Azərbaycanın xarici siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət prioritetləri ölkə-nin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri ilə seçilən, bitkin, ardıcıl və prinsipial xarakter kəsb etməyə başlamışdır.
Bütün bu dəyişikliklər Azərbaycan Respublikasının inkişafına təkan verən sahələrin təkmilləşdirilməsinə şərait yaratmışdır. Eyni zamanda Azərbaycanın əzəli və əbədi torpaqları hesab olunan Qarabağ torpaqlarının erməni qəsbkarlarından alınması dövlətin xarici siyasətin-də düzgün idarəetmə sisteminin olmasından xəbər verir və tədqiqat işində xarici iqtisadi əla-qələrin tənzimlənməsi üzrə mühüm problemlərin mahiyyəti açıqlanmışdır.
Açar sözlər: iqtisadi sahə, dövlət strategiyası, idarəetmə, istiqamətlər, perspektivlər, tənzimləmə siyasəti.