Heydər Əliyevin çoxşaxəli iqtisadi siyasəti və Azərbaycanda sahibkarlığın inkişafı

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı keyfiyyətcə yeni dövrün - müstəqil dövlət quruculuğu istiqamətinə aparan böyük yolun  başlanğıcını qoydu. Heydər Əliyevin pre-zidentliyi dövründə radikal islahatlar icra edildi və onun həyata keçirdiyi iqtisadi siyasət ölkə-ni inkişafa aparan dövlət strategiyasına çevrildi, habelə ölkənin müstəqilliyini təmin edən çox-lu sayda proqramlar işlənib hazırlandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin makroiqtisadi sabitliyinə nail olundu, bazar iqtisa­diyyatının aparıcı qüvvəsi olan sahibkarlığın təşəkkülü üçün qanunvericilik bazası yaradılmış və özəl sektorun önə çıxarılmasına yönəldilmiş tədbirlər həyata keçirilməyə başla-nıldı.

Bazar iqtisadiyyatı modelində sahibkarlıq münasibətlərinin formalaşması həmin siste-min ayrılmaz tərkib hissəsidir. Ölkənin iqtisadi inkişafının məhz özəl sektor – sahibkarlıq fəaliyyəti olduğu zərurəti önə çıxdı. Məhz ona görə də sahibkarlığın təşəkkülü və inkişafı iq-tisadi siyasətin prioritet istiqaməti kimi mühüm əhəmiyyət kəsb edir.

Rəhbərliyi dövründə Heydər Əliyev həyata keçirdiyi radikal islahatlarla milli iqtisadi in-kişaf modelinin reallaşmasına, güclü sahibkarlar təbəqəsinin təşəkkülünə və onların cəmiy-yətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Məhz bu baxımdan Azərbaycanda sahibkarlığın təşəkkülü və inkişafında Heydər Əliyevin çoxşaxəli iqtisadi siyasətinin elmi-tədqiqi xüsusi əhəmiyyətə malikdir.

Açar sözlər: sahibkarlıq, islahatlar inkişaf modeli, risk, maraq, iqtisadi inkişaf.

 

https://doi.org/10.59610/bbu1.2023.64-74

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Əliyev Tofiq Məmməd oğlu