Dünyada elektron mexanizmlərdən istifadə edilməsi, hər yerdə rəqəmsəl informasiyanın yaranması və mövcudluğu nəticəsində hal-hazırda daimi yaradılan böyük miqdarda məlumatların xarakteri köklü şəkildə dəyişmişdir ki, bu da “böyük həcmli” məlumatlar (big data) adlandırılır.
Bu məlumatlar ənənəvi mənbələrdən əldə edilən məlumatlarla müqayisədə mühüm fərqləndirici xüsusiyyətlərə malikdir. Belə innovasiya mənbələrindən alınan məlumatlara olduqca geniş bölgü dairəsi, təşkil edilməmiş struktur, böyük həcm və real vaxt miqyasında tez daxilolma xasdır.
Daha etibarlı informasiya və statistik məlumatlar dövlət hakimiyyəti orqanlarına yerinə yetirilmiş işlərin nəticələrini izləməyə imkan və etibarlı əsasda qərarlar qəbul etməyə təminat verir.
Böyük həcmli məlumatlar rəsmi statistikanın inkar edə bilmədiyi məlumat mənbəyidir.
Məqalədə rəsmi statistika üçün böyük həcmli məlumatların strateji dəyəri müəyyən edilir, statistika xidmətinin istifadəçilərlə qarşılıqlı fəaliyyətinin, müxtəlif mənbələrdən əldə edilən məlumatların inteqrasiyasının, rəqəmsal iqtisadiyyat şəraitində informasiya ilə intel-lektual işin təşkili məsələlərinə baxılır.
Məqalədə «böyük həcmli məlumatlar» anlayışının mahiyyəti izah edilir, onun xarakteristikası verilir, rəsmi statistikanın hazırlanmasında böyük həcmli məlumatlardan istifadənin imkanları əsaslandırılır, həmçinin bununla bağlı problemlər göstərilir.
Acar sözlər: rəqəmsal iqtisadiyyat, məlumatlar, böyük həcmli məlumatlar, rəsmi statistika, informasiyanın məxfiliyi, respondentlərə düşən yük, beynəlxalq statistika standartları, məlumatların inteqrasiyası.