Heydər Əliyev Azərbaycanın müstəqil milli iqtisadiyyatın formalaşmasının memarıdır

Ulu Öndər Heydər Əliyev milli lider kimi, bütün həyatını və siyasi fəaliyyətini məxsus olduğu xalqa xidmətə həsr etmiş və özünün Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkə-mizi çətin sınaqlardan çıxararaq tərəqqiyə doğru aparmağa nail olmuşdur.  Azərbaycanın döv-lət müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, tarazlaşdırıl-mış, fəal xarici siyasətinin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiy-yətli mövqe qazanmışdır. Məqalədə məhz bu məsələlər geniş şəkildə şərh edilmişdir. Heydər Əliyevin fəaliyyəti ilə ölkənin milli idarəetmə sistemi tam şəkildə dəyişdirilmiş və Azərbay-can Respublikasının iqtisadiyyatının  inkişafına təkan verən sahələrin təkmilləşdirilməsinə şərait yaratmışdır.

Açar sözlər: dövlət strategiyası, iqtisadiyyatın inkişafı, bazar münasibətləri, müstəqil-liyin qorunması, siyasi fəaliyyət.

 

https://doi.org/10.59610/bbu1.2023.49-56

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Pənahov Azər Maarif oğlu