Azərbaycanın regionlarında innovasiya fəallığının səviyyəsinin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi yolları

Tədqiqatın məqsədi - Azərbaycanda aqrar məhsullarının emalı sənayesinin innovativ fəallığının artırılması üçün elmi əsaslandırılmış metodiki və praktiki tövsiyələrin işlənib hazır-lanmasıdır.

Tədqiqat metodologiyası - korrelyasiya-reqressiya və statistik təhlil, matrisin yerləş-dirilməsi və proqnozlaşdırılmasıdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - statistik göstəricilər üçün əsas kimi istifadə edilə bilən tövsiyələr və nəticələr, hansılarki emal sənayesində innovativ proseslərin problemlərinin həllinə yönəlmişdirlər.

Tədqiqatın nəticələri - təsvir olunur ki, aqrar emal sənayesi onun məhsullarının əsasən aşağı texnologiyalı istehsalla bağlı olması ilə xarakterizə olunur. Azərbaycan yüksək əlavə dəyərə malik yüksək emal olunmuş məhsullar deyil, əsasən xammal məhsulları ixrac edir. Beləliklə, biz ixrac fəaliyyətinin rentabelliyini azaldırıq və Azərbaycan xammalını emal edərək dünya bazarında rəqiblərimizin mövqelərini möhkəmləndiririk, nəinki tütün, bu, dəri, yun, toxuculuq və geyim istehsalı sahələrinə də aiddir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - emal sahələrinin texnoloji qruplara görə təsnif edilməsindədir. Bu respublika regionlarının innovativ fəaliyyət səviyyəsinin qiymətləndiril-məsi kimi istehsal sahələri aşağı, orta və yüksək texnologiyalı sənaye sahələrinə təsnif edilir. Regionların sahə xüsusiyyətləri nəzərə alınır.

Açar sözlər: aşağı, orta və yüksək texnologiyalı sənayelər, innovasiya-aktiv müəssisələr, əlavə dəyər, aqrar emal sənayesi, statistik göstəricilərin beynəlxalq müqayisəliliyi, əmək məhsuldarlığı, regionların sənaye xüsusiyyətləri, rəqabət qabiliyyəti, struktur dəyişiklikləri.

Fayl

PDF

Buraxılış

№4 - 2022

Müəllif

Əliyeva Nailə Rauf qızı