Tədqiqatın məqsədi – büdcə və büdcə-vergi siyasətinin əhəmiyyətinin müəyyənləşdirilməsi və büdcənin təşkilati və nəzəri-metodoloji xüsusiyyətlərinin verilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləşdirmə, analiz və s. metodlardan istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – büdcə-vergi siyasətinin ölkə iqtisadiyyatında rolunu və prinsiplərini öyrənərək, yeni iqtisadi fəaliyyət növlərinin yarandığı və tələblərin surətli şəkildə dəyişdiyi müasir iqtisadi şəraitdə iqtisadiyyatda büdcə-vergi mexanizminin yeniliklərə çevik şəkildə adaptasiya olmasını təmin etmək.
Tədqiqatın nəticələri – ölkə iqtisadiyyatında düzgün büdcə-vergi (fiskal) siyasətinin həyata keçirilməsi üçün bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, qanunvericilik aktlarının qəbulu və vergi sistemini ölkə iqtisadiyyatının real vəziyyətinə çevik şəkildə uyğunlaşan hala gətirilməsi zəruridir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – büdcə-vergi (fiskal) siyasətinin tətbiqi, onun ölkə iqtisadiyyatındakı rolu və inkişaf etdirilməsinin əhəmiyyəti müəyyən edilmişdir.
Açar sözlər: büdcə, vergi, fiskal siyasət, iqtisadiyyat, xərclər, vergi gəlirləri.