Məcburi ehtiyat norması indeksi üzrə ölkələrarası müqayisəli təhlil

Tədqiqatın məqsədi - tədqiqatın məqsədi ölkələrin bank sisteminin liberallıq və ya dirijistliyini ölçməyə imkan verən iqtisadi modelin yaradılmasıdır.

Tədqiqatın metodologiyası - tədqiqat işinin yerinə yetirilməsi zamanı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun hazırladığı İS(S)İ metodologiyasından, analiz, müqayisə və s. bu kimi tədqiqat metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – mərkəzi banklar tərəfindən ölkənin monetar siyasəti formalaşdırılan zaman qərarvermə prosesində tədqiqatın nəticələrinə əsaslanaraq daha optimal qərarların verilməsi mümkündür. Əlavə olaraq bank sistemini araşdıran tədqiqatçılar təklif olunan metod vasitəsilə müxtəlif analitik hesabatlar hazırlaya bilərlər.

Tədqiqatın nəticələri - məcburi ehtiyat norması tələbi üzrə qlobal səviyyədə bank sisteminə dövlət müdaxiləsinin səviyyəsini ölçməyə imkan verən iqtisadi model–indeks yaradılmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda mövzusu qlobal səviyyədə bank sisteminin gəlirlərinin azalmasına təsir edən, əsas təmizləyici alət olan məcburi ehtiyat nor-ması tələbi üzrə ölkələrin sağçı və ya solçu iqtisadi siyasət apardığı müəyyən edilmişdir.

Açar sözlər: solçuluq, sağçılıq, dövlət müdaxiləsi, bank sisteminin tənzimlənməsi, məcburi ehtiyat norması, indeksləşdirmə.

Fayl

PDF

Buraxılış

№4 - 2022

Müəllif

Sultanov Orxan Məmmədəli oğlu