Müasir şəraitdə kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiya münasibətləri və onlara təsir edən amillər

Tədqiqatın məqsədi - kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiya münasi-bətlərini təhlil etməkdən və bu prosesə təsir göstərən amilləri müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası - müşahidə, məlumatların toplanması, təhlili, sintez iqtisadi statistik metodlar şamil edilir.

Tədqiqatın tətbiqi əhəmiyyəti- müəyyən bir zamanda istehsal edilən yeyinti sənayesi məhsullarının bazarda möhkəmlənməsində və kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiya münasibətlərinin möhkəmləndirilməsindədir.

Tədqiqatın nəticələri – tədqiqat nəticəsində kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiya münasibətlərinə destruktiv təsir göstərən amillər müəyyənləşdirilmiş və onların aradan qaldırılması ilə bağlı elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr müvafiq proq-ram və layihələr hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiya münasibətlərinə təsir göstərən amillər təsnifləşdirilmiş, qlobal təhdidlər fonunda kənd təsərrüfatı ilə yeyinti sənayesi arasında inteqrasiya münasibətlərinin mövcud vəziyyəti qiymətləndirilmiş,zəruri tədbirlər sistemi müəyyənləşdirilmişdir.

Açar sözlər: kənd təsərrüfatı, yeyinti sənayesi, inteqrasiya münasibətləri, qlobal təhdid-lər, inteqrasiya münasibətlərinə təsir edən amillər.

 

Fayl

PDF

Buraxılış

№3 - 2022

Müəllif

Hüseynova Nigar Rəhman qızı