Məhsul istehsalı və ixracının artırılmasının prioritet istiqamətləri

Tədqiqatın məqsədi - Azərbaycanda tütün məhsulu istehsalı və ixracının artırılmasının mövcud vəziyyətini qiymətləndirmək, ehtiyatları müəyyənləşdirmək, tütünün sənaye əvəz­e­di­ci­ləri, onun idxal və ixracı, emalının tənzimlənməsi istiqamətlərini araşdırmaqdan ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd tə­sərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Tütün və tütün məmulatı haqqında” qanun, müvafiq normativ sənədlər, aqrar iqtisadçı alimlərin və elmi-təd­qi­qat­çıların araşdırmalarına uyğun aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatın əsas müddəalarından, əsaslandırılmış tək­lif­lərdən regionlarda tütün istehsalı və tütün emalını artırmaq, ixrac hesabına sahənin sə­mə­rə­li­liyini yüksəltmək üçün iqtisadi təsir vasitələrinin tətbiqinin təkmilləşdirilməsində istifa­də oluna bilər.

Tədqiqatın nəticələri - araşdırmalar nəticəsində tütünçülükdə həll edilməmiş problem­lə­rin aradan qaldırılması hesabına tütünçülüyün inkişafına nail olmaq olar.

İlk növbədə məh-suldarlığı artırmaq məqsədilə yeni məhsuldar, xəstəliyə davamlı tütün sortları yaradılmalı, tütün istehsalı və emalında infrastruktur yaxşılaşdırılmalıdır. Tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tədbiqi, kadr potensialı güc­ləndirilməli, elmi təminat yaxşı-laşdırılmalı, rayonlarda tütün qəbulu məntəqələri yaradıl­malı, qurutma kameraları təşkil olun-malıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə tütünçülüyün inkişafının qeyri-neft ixracının artırılmasına təsiri qiymətləndirilmiş, tütün məhsulu istehsalı və ixracının artırılması istiqamətləri barədə təkliflər hazırlanmışdır. Tütünçülüyün inkişafı və idxal-ixracın iqtisadi tən­zim­lənməsi, dövlət dəstəyinin artırılmasında tütünçülüyün inkişafına dair Dövlət Proqra­mı­nın rolu qiymətləndirilmişdir. Tədqiqatda tütün istehsalını artırmaq üçün yeni sortların ya­radıl­ması, tütün istehsalı və emalında infrastrukturun yaxşılaşdırılması, istehsal və emal sahə­sin­də innovativ texnologiyaların tətbiqi, istehsal və ixracın stimullaşdırılmasının təkmilləş­di­ril­məsi istiqamətləri barədə təkliflər verilir. Araşdırmalar konkret faktlara və mövcud nor-mativ-hüququ sənədlərə əsaslanır.

Açar sözlər: kənd təsərrüfatı, tütün, emal,  ixrac, idxal, rəqabət, Strateji Yol Xəritəsi.

Fayl

PDF

Buraxılış

№3 - 2019

Müəllif

İbrahimov İslam Hacı oğlu

Vəliyeva Səbinə İzzət qızı