Faktorinq biznesin maliyyələşdirilməsinin müasir aləti kimi

Tədqiqatın məqsədi - dünyada faktorinqin tarixi inkişaf mərhələləri öyrənilməklə, kommersiya kreditindən istifadə ilə əlaqədar faktorinqin yaranması və onun biznesin maliy-yələşdirilməsinin müasir alətinə çevrilməsi barədə təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat prosesində sistemli yanaşma, ümumiləşdirmə və müqayisə, təhlil qruplaşdırma və deduktiv metodlarından istifadə edilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər milli iqtisadiyyatın innovasiyalı inkişafında bank krediti və risklərin sığortalanması ilə müqa-yisədə sərbəst maliyyə aləti olan faktorinq xidmətləri bazarının formalaşması və inkişafı üçün əsas zəmin təsərrüfat subyektlərinin fəaliyyətində kommersiya kreditindən istifadə edilə bilər.

Tədqiqat nəticələri - dünya iqtisadiyyatının qloballaşması prosesinin faktorinq xid-mətləri bazarının formalaşması və inkişafına təsiri məsələlərinə dair  əsaslandırılmış təklif və tövsiyələrin hazırlanmasından ibarətdir .

Tədqiqatın orijinallığı və elmi yeniliyi - beynəlxalq ticarətin inkişafında faktorinqin yeri və rolunu müəyyənləşdirmək üçün xüsusi göstərici-faktorinq kvotası təklif olunmuşdur.

Açar sözlər: faktorinq, əmtəə krediti, bank krediti, risklərin sığortalanması, qloballaş-ma, faktorinq kvotası.

 

Fayl

PDF

Buraxılış

№3 - 2022

Müəllif

Abbasov Sərvər Alıcan oğlu