Tədqiqatın məqsədi - regionlarda aqroparkların idarə edilməsinə və məhsuldarlığına müasir yanaşmanın aspektlərinin, amillərinin, institusional yanaşmalarının, müasir idarəetmə strukturunun və onun tərkib elementlərinin müəyyən edilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası - tədqiqat təşkilati-iqtisadi amillər nəzəriyyəsinin əsasları təhlil edilərək, onun bir sıra çatışmazlıqları aşkar edilərək, nəhayət, aqroparkların idarə edilməsinin və fəaliyyətinin təşkilati formasının müasir dövrün tələblərinə uyğun izah edilməklə aparılmışdır.
Tədqiqatın praktik əhəmiyyəti - tədqiqatın əsas müddəaları və nəticələri aqroparkların idarə edilməsinin nəzəri əsaslarını və ölkənin kənd təsərrüfatı ehtiyatlarından səmərəli istifadəni araşdırmaq üçün istifadə edilə bilər.
Tədqiqatın nəticələri - aqroparkın hər bir elementinin yaradılması üçün əsas resurs kimi kənd təsərrüfatının və insan kapitalının inkişafı üçün əsasların müəyyən edilməsi və nəzərə alınması.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda aqroparkların formalaşması və idarəetmənin kompleks inkişafı üçün yeni yanaşmalar və amillər müəyyən edilmişdir. Aqro-parkın dövrün yeni inkişaf amilləri nəzərə alınmaqla müasir strukturun tərkib hissələrinə və əsas xüsusiyyətlərinə uyğun yaradılması təklif olunur.
Açar sözlər: aqropark, regionların inkişafı, ətraf mühit, iqtisadi inkişaf, maliyyə dəstəyi.