Universitet sənaye əməkdaşlığının uğurlu beynəlxalq inkişaf tendensiyaları

Tədqiqatın məqsədi – universitet sənaye əməkdaşlığına beynəlxalq yanaşmanın metodlarını, amillərini, praktiki yanaşmaları, idarəetmənin müasir quruluşu və onun inkişaf tendensiyalarının müəyyənləşdirilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – araşdırmada universitet sənaye əməkdaşlığının formalaşdırılmasının beynəlxalq təcrübələrinin nəzəriyyəsi təhlil edilməklə, bu əməkdaşlığın bəzi çatışmayan xüsusiyyətlərini müəyyənləşdirməklə və sonda müasir dövrün standartlarına uy-ğun əməkdaşlıq formasının müəyyən edilməsinə uyğun olaraq aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın əsas müddəaları və nəticələrindən universitet sənaye əməkdaşlığı ilə əlaqədar nəzəri əsaslarının mənimsənilməsində və respublikanın mövcud imkanlarının əsaslandırılmış formada istifadəsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - universitet sənaye əməkdaşlığının elementlərinin formalaşdırılmasının əsas mənbəyi kimi universitetlərin və sənayenin inkişafı ilə əlaqədar əsasların müəyyənləşdirilməsi və nəzərə alınması ilə əlaqədardır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda universitet sənaye əməkdaşlığının formalaşmasını və əməkdaşlığın inkişafı məqsədilə yeni yanaşma istiqamətləri və amilləri müəyyənləşdirilmişdir. Universitet sənaye əməkdaşlığının beynəlxalq strukturuna uyğun tərkib elementləri və əsas xüsusiyyətlərinə uyğun olan dövrün yeni inkişaf amilləri nəzərə alınmaqla yaradılması təklif olunur.

Açar sözlər: universitet-sənaye əməkdaşlığı, intellektual aktivlər, üçlü sarmal modeli, innovasiya proqramı, biznes parklar.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

İsrafilov Ruslan Rasim oğlu