Kommersiya banklarında qiymətli kağızlarla bağlı aktiv və passiv əməliyyatların uçotunun müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi

Tədqiqatın məqsədi - fond bazarının fəal iştirakçıları olan kommersiya banklarında qiymətli kağızlarla bağlı aktiv və passiv əməliyyatların uçotunun təhlil edilməsi və qiymət-ləndirilməsi.

Tədqiqatın metodologiyası - tədqiqat işində sistemli yanaşma, təhlil və ümumiləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - bank qiymətli kağızlarla həm aktiv, həm də passiv əməliyyatlar həyata keçirir. Aktiv əməliyyatların məqsədi gə­lir əldə etmək, yaxud digər bazar sub­yektləri üzərində nəzarətə sahib olmaq, passiv əməliyyatların məqsədi isə resurs bazasını forma­laşdır­maqdır. Kommersiya bankları tərəfindən qiymətli kağızlarla emissiya, in­vesti­siya və vasitəçi əməliyyatlarının həyata keçirilməsinin səmərəliliyi  və keyfiyyəti tam, ope­rativ, beynəlxalq prinsiplərə və standartlara uyğun və etibarlı informasiyadan isti­fa­dəyə əsas­lanır.

Tədqiqatın nəticələri - məqalədə qiymətli kağızlar bazarında bankların həyata keçirdiyi əməliyyatlar, xü­susilə aktiv və passiv əməliyyatlar araşdırılır, onların uçotu məsələlərinə toxunulur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bankların hesabatlarında maliyyə vasitələri haqqında infor­masiyanın tanın­ması, qiymətləndiril­məsi və açıqlanması üzrə xüsusi metodiki baza­nın olmaması bu problemin aktual olduğunu göstərir.

Açar sözlər: bank əməliyyatları, aktiv əməliyyatlar, passiv əməliyyatlar,  Maliyyə Hesabatının Beynəlxalq Standartı, maliyyə vasitələrinin uçotu.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Məmmədova Nigar Akim qızı