Analitik uçot-informasiya təminatının formalaşmasında rəqəmsal texnologiyanın tətbiqi istiqamətləri

Tədqiqatın məqsədi - tədqiqatın məqsədi müasir şəraitdə müəssisənin analitik uçot-informasiya təminatının formalaşmasında mövcud elmi-nəzəri yanaşmalar əsasında rəqəmsal texnologiyanın tətbiqi istiqamətlərini müəyyənləşdirmək və bu sahədə inkişaf tendensiyaları aspektində təkliflərin işlənib hazırlanmasıdır.

Tədqiqatın metodologiyası - tədqiqat işinin yerinə yetirilməsi zamanı  elmi yanaş-maların ümumiləşdirilməsi, analiz, sintez, müqayisə və s. bu kimi tədqiqat metodlarından isti-fadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - rəqəmsal texnologiyanın sürətli inkişafı, cəmiyyətin bütün sahələrinin informasiyalaşdırılmasının genişlənməsi biznes proseslərinin və informasiya axınlarının sürətləndirilməsi müəssisənin uçot və analitik uçot-informasiya təminatına daim yeni tələblər qoyur. Bu baxımdan, əsaslı və rasional idarəetmə qərarlarını hazırlamaq keyfiy-yətli mühasibat uçotu və analitik informasiya təminatının formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Tədqiqat nəticəsində əsaslandırılan təkliflər müəssisələrin analitik-uçot informasiya təminatının formlaşmasında tətbiq oluna bilər.

Tədqiqatın nəticələri - müəssisələrin analitik uçot-informasiya təminatının formalaş-masına təsir edən amillər öyrənilmiş, və müəssisənin analitik uçot-informasiya təminatının formalşmasında rəqəmsal texnologiyanın tətbiqi istiqamətləri təklif olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - müəssisənin analitik uçot-informa­siya təmina-tının formalaşmasında rəqəmsal texnologiyanın tətbiqi imkan­ları qiymət­ləndirilmiş, bu sahədə inkişaf istiqamətləri və  metodiki yanaşma əsaslan­dırılmışdır.

Açar sözlər: mühasibat uçotu, analitik uçot-informasiyası, texnologiya, blokçeyn, mü-hasibat uçotunun rəqəmsallaşması, bulud texnologiyası.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Cabbarov Ayətulla Suvahil oğlu