Büdcələrarası münasibətlərin tənzimlənməsi vasitəsi ilə regionların maliyyə təminatının yaxşılaşdırılması

Tədqiqatın məqsədi – maliyyə təminatının  mühüm  ünsürü kimi büdcələrarası münasi-bətlərin təşkili üsulları, gəlir mənbələrinin müxtəlif səviyyəli büdcələr üçün təsbit olunması və xərc üzrə öhdəliklərin büdcə sisteminin bir səviyyəsindən digərinə ötürülməsi prinsiplərinin araşdırılma-sıdır.

Tədqiqatın metodologiyası - qoyulan problemlərin həlli üçün məntiqi ümumiləş-dirmə; struktur-funksional təhlil; sistemli-kompleks təhlil və qiymətləndirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – mərkəzi və  yerli büdcələr arasındakı qarşılıqlı maliyyə axınlarının minimallaşdırılması üçün təklif edilən analitik əsaslar, onların ehtiyacları nəzərə alınaraq müxtəlif tədbirlərin dəstəklənməsi, tənzimləyici vergilərdən istifadənin səmərəliliyinin artırılma-sına imkan verəcəkdir.

Tədqiqatın nəticələri – alınmış nəticələrdən ölkənin maliyyə resurslarının büdcələr-arası münasibətlər çərçivəsində mərkəzi və  yerli büdcələr arasındakı qarşılıqlı maliyyə axınlarının minimallaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmasında  istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycan Respublikası ərazisində xərc üzrə öhdəliklərin büdcə sisteminin bir səviyyəsindən digərinə ötürülməsi, dotasiyalar və subsidiyalar şəklində büdcələrarası transfertlər mexanizminin tətbiqi və  vergi sistemində dəyişikliklər edilməsi ilə şərtlənən, regionların  maliyyə təminatının  mühüm  ünsürü kimi büdcələrarası münasibətlərin təşkili üsulları, gəlir mənbələrinin müxtəlif səviyyəli büdcələr üçün təsbit olunması və vergi səla­hiy­yət­lərinin dövlət və bələdiyyə idarəetmə səviyyələri arasında bölüşdürülməsi prinsipləri təklif edil-mişdir. Həmçinin regionların maliyyə təminatının balanslaşdırılması, büdcələrarası münasibətlərin təşkili, mərkəzi və  yerli büdcələr arasındakı qarşılıqlı maliyyə axınlarının minimallaşdırılması üçün təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: regionların inkişafı, büdcələrarası münasibətlər, büdcə sistemi, büdcə səviyyələri, xərc öhdəlikləri, gəlir mənbələri, maliyyə təminatı, maliyyə axınları, vergi poten-sialı.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Məmmədhəsənov Fərid