Rəqəmsal iqtisadiyyatda hüquqi tənzimlənmənin inkişafı

Tədqiqatın məqsədi - rəqəmsal iqtisadiyyatı və onun iqtisadi sistemdəki rolunu öyrən-mək, davamlı inkişaf və rəqəmsal iqtisadiyyat arasında əlaqəni araşdırmaq, rəqəmsal transfer-masiyanın iqtisadiyyata təsirini araşdırmaq və rəqəmsal sahibkarlığın inkişafını araşdırmaq.

Tədqiqat metodologiyası - tədqiqatın nəzəri əsasını müəyyən metodlardan istifadə et-məklə iqtisadiyyatda rəqəmsal texnologiyaların inkişafını öyrənmək təşkil edir.Tədqiqatda müşahidə, induksiya, ümumiləşdirmə və müqayisə metodlarından istifadə edilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın əsas müddəaları və nəticələri göstərdi ki, Avropa İttifaqında informasiya və kommunikasiyadan istifadə tempi ilə paralel inkişaf edən iqtisadi fəaliyyət bir çox sahələrdə Azərbaycan üzrə orta göstəricidən aşağıdır.

Tədqiqatın nəticələri - Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən hadisələrin müəyyən edilməsi və nəzərə alınması ilə bağlıdır və bu, həm də rəqəmsal iqtisadiyyatın istifadəsini və hüquqi tənzimlənməsini müəyyən edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda rəqəmsal texnologiyaların iqtisa-diyyatda rolu müəyyən edilir, müasir texnologiyaların iqtisadi üstünlükləri təhlil edilir, rə-qəmsal iqtisadiyyatda hüquqi məsələlər öyrənilir və aydınlaşdırılır.

Açar sözlər: rəqəmsal iqtisadiyyat, dağıdıcı texnologiyalar, hüquqi tənzimləmə, iqtisa-diyyatın inkişafı.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Bağırlı Vüqar David oğlu