Xüsusi iqtisadi zonaların iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi

Tədqiqatın məqsədi - innovasiya infrastrukturunun elementlərindən olan Xüsusi İqti-sadi Zonaların (XİZ) ölkənin iqtisadi inkişafında rolu və onun müsbət və mənfi cəhətlərini müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat Dünya Bankı və onun nəzdində fəaliyyət göstə-rən qurumlar tərəfindən hazırlanan hesabatlar, tədqiqatçılar tərəfindən bu sahədə aparılmış tədqiqatların XİZ-ın inkişaf istiqamətlərinə dair üsullara, metodlara və yanaşmalara uyğun aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələrindən, ölkənin inkişafına təkan ver-mək, xarici investisiyanın cəlb edilməsi, ölkədə müəyyən tənzimləmələr aparmaq məqsədilə istifadə edilə bilər.

Tədqiqatın nəticələri - ümumi şəkildə demək olar ki, XİZ-ın yaradılması ölkənin rifahını yüksəltmək məqsədi daşıyır. Təsis edilmiş məqsədlərdən, ölkənin infrastrukturundan, ölkənin siyasətindən və coğrafi mövqeyindən asılı olaraq XİZ-ın yaradılması və onların sa-yının artırılması iqtisadi inkişafda əsas amillərdəndir.

Tədqiqat işinin orijinallığı və elmi yeniliyi - Xüsusi İqtisadi Zonaların yaradılmasının əhəmiyyəti, onların iqtisadiyyata təsiri Asiya ölkələrinin təcrübəsi əsasında araşdırılmışdır. Zonaların yara-dılmasının müsbət və mənfi cəhətləri araşdırılmış, bu prosesdə qarşıya çıxan problemlər və onların həlli yolları analiz edilmişdir.

Açar sözlər: Xüsusi İqtisadi Zona, iqtisadi inkişaf, texnoloji inkişaf, tənzimləmə, gü-zəşt, məqsəd.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Hüseynov Səfər Məzahir oğlu