İşğaldan azad olunmuş ərazilərdə yeni sənaye müəssisələrinin yaradılması istiqamətləri

Tədqiqatın məqsədi - zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmi-zin həyatında yeni mərhələ başlanıb. Bununla əlaqədar işğaldan azad edilmiş (İAEƏ) torpaq-larımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər kimi qarşıda durur. Bu hədəf-lərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Bu hədəflərdən biri də İAEƏ-də yeni istehsal müəssisələrinin yaradılması və onların düzgün yerləşdirilməsidir.

Tədqiqatın metodologiyası - ölkədə həyata keçirilən tədbirlər, hüquqi bazanın yara-dılması, ardıcıl və sistemli yanaşma, təhlil  və sintez metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - İAEƏ-də müəssisələrin yerləşdirilməsində və  bu isti-qamətdə strategiyaların, tədbirlər planının, dövlət proqramlarının hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın nəticələri - İAEƏ –də qazanılmış müsbət təcrübədən istifadə etməklə ərazi-lərin təbii sərvətləri nəzərə alınmaqla sənaye müəssisələrinin yerləşdirilməsinə nail olmaqdır. Nəzərdə tutulan təklifləri həyata kecirməklə müəssisələrin yerləşməsi regionda nəqliyyatın, rabitənin və digər sahələrin inkişafına, istehsalın enerji və xammalla təminatına, rayonlararası və sahələrarası əlaqələrin dərinləşməsinə, ətraf mühitin qorunmasının əhəmiyyətinin artma-sına gətirib çıxara bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Qarabağda olan faydalı qazıntıların Azərbay-can iqtisadiyyatında öz böyük rolu olacaq. Bir çox yataqlar var ki, onların gələcəkdə istismarı Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Bu yataqlardan biri Zəngilan rayo-nundakı Vejnəli qızıl yatağıdır. Bundan əlavə, Kəlbəcərdəki Zod qızıl yatağını və Ağdərədəki Qızılbulaq qızıl yataqlarını misal gətirmək olar. Qeyd edək ki, sənaye ehtiyatları təsdiq olunan qızıl ehtiyatlarının həcmi 132,6 tondur. Bunun dünya bazarlarında dəyəri 8 mlrd. ABŞ dolları civarındadır ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Bundan əlavə, Qarabağda bir çox təbii ehtiyatlar var, hansılar ki, tikinti və digər sahələrdə istifadəyə yararlıdır. Məqalədə bu kimi ehtiyatlardan istifadə etməklə yeni sənaye müəssisələrinin yaradılması, yerləşdirilməsi və potensial ehtiyatları dövriyyəyə cəlb etmək istiqamətləri müəyyən edilmişdir.

Açar sözlər: təbii sərvətlər, emal, sənaye müəssisələri, istehsal, infrastruktur, investi-siya, innovasiya.

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Qurbanov Aqil Abid oğlu