İqtisadiyyatın idarə olunmasında dövlət maliyyəsinin səmərəliliyinin qiymətləndirilməsi

Tədqiqatı məqsədi – bazar  münasibətləri  şəraitində iqtisadiyyatın idarə olunması pro-sesinə dövlətin maliyyəsinin  rolunu və onun təkmilləşdirilməsi istiqamətlərinin öyrənilməsidir.

Tədqiqatın metodologiyası – tədqiqat işində müqayisəli təhlil, sistemli yanaşma, mən-tiqi ümumiləşdirmə  metodlarından, eyni zamanda bu problemlə bağlı bir sıra alim tədqiqat-çıların yanaşmalarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə olunmuş nəticələrdən və elmi – iqtisadi müddəa-lardan iqtisadiyyatın idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi üzrə fəaliyyət strate-giyalarının, kompleks tədbirlərin  və dövlət proqramlarının hazırlanmasında  istifadə edilə bilər.

  Tədqiqatın nəticələri- tədqiqat əsasında müəyyən edilmişdir ki, dövlət maliyyə-büdcə siyasətinin prioritetlərini dəyişməklə yalnız iqtisadiyyatdakı konyuktur tərəddüdlərin yumşal-dılmasına deyil, həm də milli təsərrüfatın sabitləşdirilməsinə və tədricən inkişafına təsir göstərir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - dövlət maliyyəsi vasitəsilə tənzimləmə – bu o deməkdir konkret şəraitdə dövlət tərəfindən məqsədəuyğun şəkildə və ardıcıl surətdə maliyyə üsullarından istifadə etməklə təsərrüfat subyektlərinə təsir etməsi, iqtisadiyyatda makro-iqti-sadi tarazlığa və mütərəqqi inkişafa nail olunması prosesini əks etdirdiyi konsepsiya irəli sü-rülmüş  və əsaslandırılmışdır.

Açar sözlər: bazar iqtisadiyyatı, dövlət maliyyəsi, dövlət büdcəsi, dövlət xərcləri, iqti-sadiyyatın dövlət tənzimlənməsi, makroiqtisadi tarazlıq.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Aslanov Habil Hüseyn oğlu