Aqroparkların idarə edilməsinin təşkilati-iqtisadi istiqamətləri

Tədqiqatın məqsədi – aqroparkların idarə edilməsinə müasir yanaşmanın istiqamət-lərini, amillərini, institusional yanaşmaları, idarəetmənin müasir strukturu və onun tərkib elementlərinin müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat təşkilati-iqtisadi amillərin nəzəriyyəsinin əsas-ları təhlil edilməklə, onların bir sıra çatışmayan xüsusiyyətlərini müəyyən etməklə və nəhayət, müasir dövrün tələblərinə uyğun təşkilati idarəetmə formasının izahına və müəyyən edilmə-sinə uyğun aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın əsas müddəaları və nəticələrindən aqro-parkların idarəetməsilə bağlı nəzəri əsaslarının öyrənilməsində və ölkənin kənd təsərrüfatı resurslarının əsaslandırılmış şəkildə istifadə edilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - aqroparkın hər bir elementinin yaradılmasının əsas mənbəyi kimi kənd təsərrüfatı və insan kapitalının inkişafı ilə bağlı əsasların müəyyən edilməsi və nəzərə alınması ilə bağlıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda aqroparkların formalaşması və idarəetmənin kompleks inkişafı məqsədilə yeni yanaşma istiqamətləri və amilləri müəyyən edilmişdir. Aqroparkın müasir strukturuna uyğun tərkib elementləri və əsas əlamətlərinə uy-ğun olan dövrün yeni inkişaf amilləri nəzərə alınmaqla formalaşması təklif edilir.

Açar sözlər: kənd təsərrüfatı, aqropark, təşkilat, struktur, institusional yanaşma, resurs, inteqrasiya, birlik.

 

Fayl

PDF

Buraxılış

№4 - 2021

Müəllif

İsmayılov Elşən Ellaz oğlu