Tədqiqatın məqsədi - açıq iqtisadiyyata malik ölkələrin ölçülməsini müəyyən edən meyarlar əsasında ölkələrin beynəlxalq bazardakı proseslərə təsirini, eləcə də bu proseslərdə iştirakı zamanı əsas xüsusiyyətləri müəyyənləşdirmək.
Tədqiqatın metodologiyası - böyük və kiçik açıq tipli iqtisadiyyatın meydana gəlməsi, formalaşması və inkişafı, eləcə də açıq iqtisadiyyatın müqayisəli təhlilinə metodoloji yanaş-malar və bir çox tədqiqatçıların elmi fikirləri aiddir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - keçid tipli ölkələrin son dövrlər Avropa Birliyinə sürətli inteqrasiyası müşahidə edilməkdədir. Bu inteqrasiya həm də keçid tipli Şərqi Avropa ölkələrinə məhsul istehsalında beynəlxalq ixtisaslaşması və ticarətin diversifikasiyası üçün geniş imkanlar təmin edir. Bu səbəbdən qlobal iqtisadiyyata qoşula bilən və kiçik iqtisadiy-yata malik Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir.
Tədqiqatın nəticələri - xarici iqtisadi əlaqələrin inkişafı üçün zəruri olan qanunveri-cilik bazasının təkmilləşdirilməsi, bu istiqamətdə beynəlxalq normalara uyğunlaşması nəticə-sində iqtisadiyyatın açıqlıq dərəcəsinin diversifikasiyası və xarici ticarətdə iştirakçıların sayı-nın çoxalması təklif edilir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqat işində bir çox tədqiqatçıların elmi əsərlərinə istinad olunmuşdur. Onların fikirlərinə əsasən, açıq iqtisadiyyatın dövri olaraq yenilənməsi və beynəlxalq əmək bölgüsündəki əsas xüsusiyyətləri qeyd olunmuşdur.
Açar sözlər: açıq iqtisadiyyat, idxal-ixrac, açıqlıq dərəcəsi, ixracyönümlü, idxalın əvəz-lənməsi, makroiqtisadi sabitlik, liberal ticarət.