Tədqiqatın məqsədi – Covid-19 pandemiyası dövründə Çin iqtisadiyyatının vəziyyəti və pandemiya dövründə dünya miqyasında mövcud olan iqtisadi çətinliklərin bu ölkənin iqtisadiyyatına təsirlərinin eləcə də 2020-ci ilin ikinci yarısı və 2021-ci ildə Çin iqtisadiyya-tında meydana çıxan inkişaf meyllərinin öyrənilməsidir.
Tədqiqatın metodologiyasını – iqtisadi ədəbiyyatlar, statistik məlumat bazaları və digər mənbələr vasitəsilə aparılan araşdırmalar təşkil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – ölkəmizin iqtisadi model xüsusiyyətlərinin Çin iqtisadi modelinə oxşar xüsusiyyətlərə sahib olması baxımından tədqiqatda əldə olunmuş nəticələr pandemiya dövründə və sonrakı dövrlərdə iqtisadi inkişafla əlaqədar problemlərin həllində istifadə edilə bilər.
Tədqiqatın nəticələri – aparılan tədqiqat əsasən pandemiya dövründə Çin iqtisadiy-yatının inkişaf tendensiyasının və pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün tətbiq edilən iqtisadi siyasətin müəyyən edilməsinə yönəlmişdir. Nəticə olaraq pandemiyanın ilkin və sonrakı dövrlərində Çinin üzləşdiyi problemlər və iqtisadi sferada əldə olunan nailiy-yətlər müəyyən edilmişdir. Eləcə də, ölkənin dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin inkişaf dinamikası şərh edilmiş, nəticələr qrafiklər vasitəsilə əks olunmuşdur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində müəyyənləşdirilmiş prob-lemlər üzrə əsaslı təhlillər aparılmış, Çinin pandemiya dövründə iqtisadi inkişaf əldə etməsi və iqtisadi artıma nail olması əsaslandırılmışdır.
Açar sözlər: Çin iqtisadiyyatı, iqtisadi artım, pandemiya dövründə iqtisadi vəziyyət, xarici ticarət dövriyyəsi, xarici investisiyalar, qlobal təchizat zənciri.