Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunmasının və onların bərpa edilməsinin maliyyə təminatı

Tədqiqatın məqsədi – məqalədə Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğaldan azad olunmasının və onların bərpa edilməsinin maliyyə təminatı məsələləri nəzərdən keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının dövlət büdcəsinin və digər maliyyə fondlarının rolu və əhəmiyyətini tədqiq etmək kimi vəzifələr qarşıya qoyulmuşdur.

Tədqiqatın metodologiyası - araşdırmalar aparılarkən tədqiqat işində ümumi elmi metodlardan: təsnifləşdirmə və qruplaşdırmadan, ümumiləşdirmə, amillər üzrə təhlildən istifa-də edilmişdir. Onların əlaqələndirilməsi isə tədqiqatın zəruri səviyyədə dərinliyini və univer-sallığını təmin etməyə və nəticələrinin əsaslığına imkan verir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - milli iqtisadiyyatın inkişaf sürəti nə qədər yüksək-dirsə, maliyyə resurslarına olan tələbat bir o qədər artır, bu da öz növbəsində Azərbaycan Res-publikasının işğaldan azad olunmuş torpaqlarının bərpası məqsədi ilə maliyyə təminatını ob-yektiv zərurətə çevirir. Bu baxımdan maliyyə resurslarının milli iqtisadiyyatda rolunun artırıl-ması istiqamətində tədbirlərin reallaşdırılması əhəmiyyətlidir.

Tədqiqatın nəticələri - Azərbaycan iqtisadiyyatının uğurlu inkişafi, onun nəinki neft və qaz sənayesinin inkişaf etdirilməsi, eləcə qeyri – neft sahələrinin inkişafı, ölkənin ixrac potensialının artırılması hesabına işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işləri başa çatdırılacaq, bu bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin ediləcəkdir. Məqalədə bu məqsədlə həyata keçirilən tədbirlərin səmərəliliyini təmin etmək üçün tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – işğaldan azad olunmuş ərazilərin bərpası, bö-yük qayıdışın təmin olunması milli prioritetlik səviyyəsinə yüksəldilmişdir. Qarabağ regio-nunda yeni beynəlxalq və regional nəqliyyat-logistika infrastrukturunun bərpa edilməsi və ye-nilərinin yaradılması  ölkəmizin qlobal bazarlara çıxış imkanlarının artırılması ilə yanaşı, iş-ğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsidə əhəmiyyətli rol oynayır ki, məqalədə iş-ğaldan azad olunan ərazilərin Azərbaycanın digər ərazilərinə tam inteqrasiyası üçün əsas şərtlər və istiqamətlər müəyyən edilmişdir.

Açar sözlər: Qarabağ, dövlət büdcəsi, “Əsrin müqaviləsi”, Azərbaycan Respublikasının Neft Fondu, Milli Prioritetlər, Azərbaycan Ordusuna Yardım Fondu, YAŞAT Fondu.       

 

Fayl

PDF

Buraxılış

№4 - 2021

Müəllif

Rəsulova Günay Rasim qızı