Azərbaycanda qiymətli kağızlar bazarı və onun inkişaf perspektivləri

Tədqiqatın məqsədi - ölkədə qiymətli kağızlar bazarının xarakterik xüsusiyyətlərini və onun inkişaf istiqamətlərini müəyyənləşdirmək.

Tədqiqatın metodologiyası - tədqiqat işində analiz və sintez metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - dünya təcrübəsi göstərir ki, inkişaf etmiş bazar müna-sibətləri modeli üçün şa­xələnmiş maliyyə sektoru və səmərəli fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcudluğu zəruridir. İnkişaf etmiş qiymətli kağızlar bazarı iqtisadiyyatın tən­zimlənməsi imkanlarını genişləndirir, maliyyə resurslarının real sektora cəlb edil­mə­sini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, korporativ idarəetmə, təsərrüfat fəaliyyətində şəffaflığın artırılması kimi zəruri tələblər irəli sürməklə bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir.

Tədqiqatın nəticələri - ölkədə qiymətli kağızlar bazarının əsas inkişaf meylləri aşkar edilmiş, dayanıqlı iqtisadi inkişafı təmin etməyə qadir, uzunmüddətli maliyyə mənbəyi kimi çıxış edən fond bazarının perspektiv inkişaf istiqamətləri əsaslandırılmış və onun fəaliy-yətinin təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələr irəli sürülmüşdür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - iqtisadiyyatda və maliyyə sistemində qiymətli kağızlar bazarının ro­lu, onun funksi­yaları araşdırılmış, Azərbaycanın qiymətli kağızlar baza-rının cari vəziy­yəti, həyata ke­çirilən əsas əməliyyatlar, onun həcmi, bazarın ayrı-ayrı seq-mentlərinin inkişaf dinamikası və quruluşu təhlil edilmiş və qiymətli kağızlar bazarının inki-şafı ilə bağlı istiqamətlər müəyyənləşdirilmişdir.

Açar sözlər: Bakı Fond Birjası, qiymətli kağızlar bazarı, bazarın seqmentləri, bazarın peşəkar iştirakçıları, ticarət dövriyyəsi, dövlət qiymətli kağızları, korporativ qiymətli kağızlar, repo əməliyyatları, səhm, ilkin bazar, təkrar bazar.

 

Fayl

PDF

Buraxılış

№4 - 2021

Müəllif

Məmmədova Nigar Akim qızı