Tədqiqatın məqsədi - özəl səhiyyə sektorunun inkişafında tibbi sığorta institutunun tətbiqinin intensivləşdirilməsinin əhəmiyyəti tədqiq olunmasından ibarətdir. Tibbi sığorta institutunun mahiyyəti və əhəmiyyəti açıqlanmış, tibbi sığorta institutunun əsas elementləri, təşkili və inkişaf etdirilməsi xüsusiyyətləri sistemləşdirilmişdir. Tibbi sığorta institutu və özəl səhiyyə sektoru arasındakı təsir dairəsi və əlaqələr tədqiq edilmiş və bazar iqtisadiyyatı şəraitində səhiyyə sisteminin nisbətən aktual vəzifələri baxılmışdır. Özəl səhiyyə müəssisələrinin icbari prosedurları və fəaliyyətlərinin tənzimlənməsinin problemləri sistemləşdirilmişdir. Ölkə səhiyyəsində dövlət-büdcə sisteminin və əsas tibbi müəssisələrin fəaliyyətinin mühüm aspektləri təhlil olunmuşdur. Səhiyyə sistemində dövlət maliyyələşdirmə mexanizmlərinin inkişaf etdirilməsinin mühüm mexanizmləri və səmərəliliyi açıqlanmışdır.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, özəl səhiyyə sektorunun inkişafında tibbi siğorta institutunun tətbiqinin intensivləşdirilməsinin əhəmiyyətindən çıxış etməklə, metodoloji yanaşmalar və üsullardan, həmçinin müxtəlif tədqiqatçıların və müəllifin elmi yanaşmalarından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən özəl səhiyyə sektorunun inkişafında tibbi sığorta institutunun tətbiqinin intensivləşdirilməsi məqsədilə konsepsiya və strategiyaların, dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – hazırkı şəraitdə tibbi sığorta sisteminin və xüsusilə, özəl səhiyyə sisteminin müəssisələri ilə əlaqələrinin müasir vəziyyətinin səmərəliliyi baxılmış, tövsiyələr hazırlanmış və təkliflər verilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər üzrə müxtəlif tədqiqatçıların elmi əsərlərinə istinad olunsa da, ilk növbədə, müəllif yanaşmaları əsas yeri tutur. dövlət və özəl səhiyyə sektoru subyektləri arasında münasibətlər baxılmışdır. Ölkədə tibbi sığorta sisteminin formalaşdırılması və inkişaf etdirilməsi üzrə həyata keçirilən institusional və struktur islahatların mahiyyəti açıqlanmışdır və bu sahədə islahatların sürətləndirilməsinin vacibliyi əsaslandırılmışdır.
Açar sözlər: tibbi sığorta institutu, özəl səhiyyə sektoru, səhiyyə sisteminin inkişafı, özəl tibbi müəssisələr, özəl səhiyyə sektorun problemləri, özəl səhiyyə sektorun inkişaf perspektivləri.