Tədqiqatın məqsədi – rəqəmsal iqtisadiyyatın peyk hesabının (RİPH) inkişafının əsas məqsədləri istifadəçilərə rəqəmsal iqtisadiyyatda ölçülənlərin əsaslı etibarlı qiymətləndirilmə-sini vermək və mövcud metodologiya çərçivəsində nəyin ölçülə bilməyəcəyini müəyyən et-mək, həmçinin beynəlxalq müqayisələri rəqəmsal iqtisadiyyatı təsvir edən əsas göstəricilərlə təmin etməkdir.
Tədqiqatın metodologiyası – müşahidə, təhlil və müqayisə üsullarından istifadə etməklə informasiyanın dəyərini və onun istehsalda və iqtisadi dəyərin yaradılması və çevril-məsi prosesində rolunun qiymətləndirilməsidir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – müəyyən bir zamanda məlumatın dəyərinin bütöv-lükdə təşkilatın gələcəkdə diskontlaşdırılmış gəliri ilə onun əsas kapitalının dəyəri arasındakı fərq kimi qiymətləndirilməsindədir.
Tədqiqatın nəticələri – elmi tədqiqat işində rəqəmsal iqtisadiyyatın statistik ölçülmə-sinin metodoloji problemləri və makroiqtisadi hesablamalarda rəqəmsal iqtisadiyyatın qiymət-ləndirilməsi imkanları təsvir edilmişdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tə-rəfindən rəqəmsallaşdırma proseslərinin ölçülməsinə inteqrasiya olunmuş bir yanaşma çər-çivəsində təklif olunan rəqəmsal iqtisadiyyatın peyk hesabının (RİPH) qurulmasının prob-lemləri və quruluşu təhlil edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – təsərrüfat subyektinin qeyri-istehsal aktivi kimi verilənlərin (informasiyanın) dəyərinin qiymətləndirilməsinə xalis diskontlaşdırılmış dəyər metodu əsasında yanaşması məqsədə uyğundur. Tədqiqat işində təklif olunan rəqəmsal iqtisadiyyatın statistik qiymətləndirilməsinə yanaşmalar Azərbaycanda belə ölçmələr sistemi-nin qurulması üçün əsas kimi istifadə edilə bilər.
Açar sözlər: rəqəmsal iqtisadiyyat, rəqəmsal iqtisadiyyatın peyk hesabı, rəqəmsal re-surslar və istifadə cədvəli, verilənlərin dəyəri, xalis diskontlaşdırılmış dəyər metodu.