Cinayət məsuliyyətinin anlayışı və digər məsuliyyət növləri ilə əlaqəsi

Tədqiqatın məqsədi - cinayət məsuliyyəti və cinayət tərkibi anlayışları ilə bağlı ziddiyyətli fikirləri aydınlaşdıraraq onların kompleks tədqiq edilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - dialektikanın kateqoriya və müddəaları rəhbər tutulmuş, tarixi, fəlsəfi, müqayisəli-hüquqi, formal-məntiqi və s. metodlardan istifadə edilmişdir.

Tədqiqatın nəticələri - cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu əlamətlər obyektiv və subyektiv əlamətlər kimi xarakterizə olunur.  

Tədqiqatın orijinallığı və elmi yeniliyi - milli və  xarici qanunvericilikdə cinayət məsuliyyətinin anlayışı, cinayət məsuliyətinin əsasları məsələsi, cinayət tərkibinin anlayışı, əlamətləri, növləri və cinayət tərkibinin əhəmiyyətinin - cinayət tərkibi cinayət məsuliyyə-tinin vahid əsası kimi və cinayət tərkibi cinayəti tövsifetmə vasitəsi kimi - müqayisəli təhli-linə və kompleks araşdırılmasına həsr edilmişdir.

Açar sözlər: cinayət, cinayət tərkibi, cinayət məsuliyyəti, cinayətin tövsifi

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Musayeva Aynurə Tofiq qızı