Neft maşınqayırma müəssisələrində məhsul istehsalına təsir edən amillərin qiymətləndirilməsi

Tədqiqatın məqsədi – neft maşınqayırma müəssisələrində istehsal olunmuş əmtəəlik məhsul satışına təsir edən amillər üzrə əmək məhsuldarlığı, əsas fondların dəyəri və müəssi-sələrin dövriyyə fondlarının təsirini qiymətləndirməklə müvafiq təkliflər hazırlamaqdan ibarətdir.

Tədqiqatın metodologiyası – müqayisəli və riyazi statistik təhlilə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – neft maşınqayırma müəssisələrində əmtəəlik məhsul istehsalının satışına təsir edən amillərin ekonemetrik qitmətləndirilməsi zamanı elmi mənbə kimi istifadə oluna bilər.

Tədqiqatın nəticələri – Azərbaycanda neft maşınqayırma müəssisələri üzrə “Neft-qazmaş” ASC-nin satış məhsulu ilə əmək məhsuldarlığı, əsas istehsal fondlarının dəyəri və dövriyyə vəsaitləri arasındakı korrelyasiya-reqressiya əlaqələri müəyyən edilmiş və 2030-cu ilədək “Neftqazmaş” ASC-nin satış məhsulunun həcmi proqnozlaşdırılmışdır.

Tədqiqatın orjinallığı və elmi yeniliyi – Eviews tətbiqi proqram paketinə əsasən “Neftqazmaş” ASC-nin timsalında neft maşınqayırma müəssisələrində məhsul istehsalına təsir edən amillər qiymətləndirilmiş və əmtəəlik məhsul satışının inkişaf meyilləri müəyyən edilmişdir.  

Açar sözlər: əmək məhsuldarlığı,  əsas fond, dövriyyə fondu, korrelyasiya, reqressiya, adekvatlıq, proqnoz.

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Şərifli İsmayıl Elman oğlu