Tədqiqatın məqsədi - Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının təsirləri fonunda makroiqtisadi sabitliyin təmin olunması məsələlərinin təhlili və makro-fiskal çərçivə-nin təkmilləşdirilməsi istiqamətlərinin öyrənilməsidir.
Tədqiqatın metodologiyası - tətqiqat işində maliyyə dayanıqlılığı və iqtisadi sabitlik baxımından vacib hesab olunan bir sıra statistik məlumatlardan istifadə edilmiş, təhlil, sintez və ümumiləşdirmə vasitəsilə post-pandemiya dövründə iqtisadi inkişafda daha səmərəli yanaşmaların formalaşdırılması ilə əlaqəli metodlardan, eyni zamanda bu problemlərlə bağlı bir sıra tədqiqatçıların yanaşmalarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – mövcud iqtisadi reallıqlar və qlobal çağırışlar fonunda makroiqtisadi sabitliyin təmin edilməsi məsələlərinin araşdırılması olduqca önəmlidir. Bu ba-xımdan dayanıqlı iqtisadi artımdakı tərəddüdlər, məzənnə kövrəkliyi, protsiklik fiskal siyasət və sair digər məsəllər tədqiq olunmuşdur.
Tədqiqatın nəticələri - tədqiq edilən məsələlər onu göstərir ki, iqtisadi artım və fiskal intizam qlobal neft bazarında volatilliyə qarşı yüksək həssaslığını saxlayır, daxili və xarici təsirlərə dayanıqlığın gücləndirilməsi məqsədilə yeni büdcə qaydasına əsaslanan makro-fiskal çərçivənin formalaşdırılması zəruridir. Dayanıqlı iqtisadi inkişaf templərinin bərpa edilməsi istiqamətində struktur islahatların aparılması, inklüziv inkişafın təmin olunması və qeyri-neft sektorunun inkişafına özəl investisiyaların cəlb olunması vacib əhəmiyyət daşıyır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Təqdim edilən işdə makroiqtisadi sabitlik qarşısında formalaşan təhdidlər qiymətləndirilmiş, makro-fiskal çərçivənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Məqalənin elmi yeniliyi müəllif tərəfindən post-pande-miya dövründə əsas prioritetlər üzrə iqtisadi bərpa imkanları və inkişaf istiqamətlərinin təhlili ilə bağlıdır.
Açar sözlər: makroiqtisadi sabitlik, fiskal siyasət, makro-fiskal çərçivə, post-pandemi-yaya dövründə sosial-iqtisadi prioritetlər