Tədqiqatın məqsədi - ölkədə dövlət xərclərinin, xüsusi ilə büdcə xərclərinindən isti-fadənin vəziyyətinin qiymətləndirilməsi.
Tədqiqatın metodologiyası - milli iqtisadiyyatda dövlət xərclərindən istifadədə qiymət-ləndirilməni edərkən müqayisəli təhlil, statistik yanaşma və təcrübi yanaşmalar üstünlük təşkil etmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə qeyd olunan müddəalar və əldə edilmiş praktik nəticələr, Azərbaycanın milli iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatın nəticələri-araşdırılan dövrə baxdıqda görmək olur ki, beynəlxalq reytinq qiymətləndirmələri də daxil olmaqla statistik rəqəmlər onu ifadə edir ki, perspektiv dövr üçün dövlət iqtisadiyyat xarakterli xərclərinin azaldılması qarşıya məqsəd kimi qoyulmamışdır.
Tədqiqatın orjinallığı və elmi yeniliyi - məqalədə bir sıra yanaşmalar əsasında müx-təlif müəlliflərin fikirlərinə istinad edilmişdir. Azərbaycanın araşdırılan dövr üçün büdcə xərclərin artımı ilə ÜDM-in artımı arasında az da olsa əlaqə vardır.
Açar sözlər: dövlət xərcləri, ÜDM, iqtisadi azadlıq, dinamika, qiymətləndirmə, faiz, artım və s.