Tədqiqatın məqsədi - bazar konyunkturunda baş verən dəyişikliklərin təsirinin azal-dılması və onun neqativ yönünün biznes mühitinə təsirinin neytrallaşdırılması istiqamət-lərinin müəyyənləşdirilməsi tədqiqatın məqsədini təşkil edir.
Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, ümumiləşdirmə və təhlil metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - bazar konyunkturunda baş verən təhdid xarakterli tərəddüdlərin kənd təsərrüfatında biznes mühitinə təsirinin azaldılması istiqamətində zəruri tədbirlərin reallaşdırılması mühüm əhəmiyyətə malikdir.
Tədqiqatın nəticələri – kənd təsərrüfatında biznes mühitinin yaxşılaşdırılması, bazar konyunkturanda baş verən dəyişikliklərə sahənin davamlılığının artırılması baxımından töv-siyə xarakterli təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – bazar konyunkturunun spesifik xüsusiy-yətləri, müasir qloballaşma prosesləri fonunda bazar konyunkturuna təsir edən amillər, kənd təsərrüfatında iqtisadi davamlılıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı zəruri şərtlər müəyyənləşdirilmişdir.
Açar sözlər: aqrar sahə, aqrar sahədə biznes fəaliyyəti, aqrar sahədə biznes mühiti, konyunktur dalğalanmaları, iqtisadi davamlılıq, modernləşdirmə.