Tədqiqatın məqsədi - müasir şəraitdə davamlı inkişafın təmin edilməsinin sosial-iqtisadi aspektlərini tədqiq etmək və onun inkişaf şərtlərini və istiqamətlərini müəyyənləşdir-məkdir.
Tədqiqatın metodologiyası- müqayisəli təhlil və ümumiləşdirmə metodlarından istifa-də edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti- davamlı inkişafın təmin edilməsi resursların gələcək nəsillərə ötürülməsini özündə əks etdirməklə, eyni zamanda fasiləsiz inkişaf templərini nəzər-də tutur. Bu baxımdan davamlı inkişafın təmin edilməsinin sosial-iqtisadi və ekoloji aspekt-lərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin gerçəkləşdirilməsi əhəmiyyətlidir.
Tədqiqatın nəticələri – davamlı inkişafın təmin edilməsi sosial-iqtisadi və ekoloji as-pektləri arasında optimal nisbətin təmin edilməsi, cəmiyyətin yaşam ehtiyaclarının effektiv şəkildə qarşılanması ilə bağlı tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – davamlı inkişafın təmin edilməsi iqtisadi sə-mərəliliyin yüksəldilməsi ilə yanaşı, eyni zamanda iqtisadi qeyri-bərabərliyin aradan qaldırıl-masından bilavasitə asılıdır. Davamlı inkişafın təmin edilməsi iqtisadi qeyri-bərabərliyin ara-dan qaldırılmasının rolu, cəmiyyətin sosial ehtiyaclarının ödənilməsindən maksimum səmərə-lilik prinsiplərindən imtina edilməsi ilə bağlı əsas şərtlər və istiqamətlər müəyyənləşdirilmiş-dir.
Açar sözlər: davamlı inkişaf, milli iqtisadiyyat, sosial-iqtisadi və ekoloji aspektlər, re-surs potensialı.