Tədqiqatın məqsədi: tədqiqatın əsas məqsədi Azərbaycanda süd istehsalı və emalının inkişaf etdirilməsi imkanlarının aşkar edilməsi, heyvandarlığın ərzaq təhlükəsizliyində strateji rolunun müəyyən edilməsidir.
Tədqiqatın metodologiyası: tədqiqat işi müqayisəli təhlil, statistik təhlil, müşahidə və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti: məqalədə Azərbaycanda süd istehsalı və onun emalının mövcud vəziyyəti təhlil edilərək qiymətləndirilmiş, inkişaf perspektivinə dair məlumat və tövsiyələr təqdim olunmuşdur.
Tədqiqatın nəticələri: ölkənin qeyri-neft sektorunda rəqabət qabiliyyətinin yüksəldilməsi və səmərəliliyin artırılması istiqamətində, eyni zamanda əhalinin tələbatının yerli məhsullar hesabına təmin edilməsi ilə əlaqədar heyvandarlıq və onun emal müəssisələrinin inkişafı prioritet sahə kimi göstərilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi: süd istehsalı və emalının inkişafında klasterlərin daha səmərəli ola biləcəyi əsaslandırılmış və bəzi konkret təkliflər verilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti verilmiş təklif və tövsiyələrdə öz əksini tapmışdır ki, bu da əhalinin süd məhsulları ilə tam təmin edilməsində, rəqabət qabiliyyətinin yüksəldilməsi, xərclərin azaldılması və ölkədə heyvandarlığın inkişafı üçün əhəmiyyətlidir.
Açar sözlər: süd, süd emalı, idxal, damazlıq, özünütəminetmə, lizinq, heyvandarlıq