Dövlət investisiya layihələrinin səmərəlilik auditi

Tədqiqatın məqsədi – dövlət sektoru üçün beynəlxalq audit standartlarının tətbiqi vasitəsilə dövlət investisiya layihələrinin performans (səmərəlilik) auditinin aparılmasının öy-rənilməsidir.

Tədqiqatın metodologiyası – tədqiqat işində sistemli yanaşma, müqayisəli təhlil, məntiqi ümumləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – dövlət sektoru üçün beynəlxalq audit standartlarının tətbiqi ilə yanaşı, dövlət investisiya layihələrinin idarəolunması üzrə qabaqcıl təcrübəyə əsas-lanan prosesin əhatə olunması məqalənin tətbiqi əhəmiyyətini göstərir.

Tədqiqatın nəticələri – dövlət investisiyalarının idarəolunması üzrə qabaqcıl təcrübə nəzərə alınmaqla və beynəlxalq audit standartları tətbiq olunmaqla dövlət investisiya layihə-lərinin performans auditinin daha effektiv və sistemli aparılması üzrə nəticələr əldə edilmiş-dir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – dövlət investisiya layihələrinin performans auditinin aparılması üzrə müxtəlif araşdırmalar aparılsa da, bu sahədə tədqiqatların azlıq təşkil etdiyini qeyd etmək olar. Məqalə layihələrin performans auditinin həyata keçirilməsi istiqa-mətində aparılan tədqiqatlara və müvafiq sahənin auditində iştirak edən auditorlara töhfə olacaqdır.

Açar sözlər: dövlət investisiya layihələri, ISSAI, dövlət sektoru auditi, maliyyə auditi, uyğunluq auditi, performans auditi, qənaətlilik, səmərəlilik, effektivlik.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Hacıyev Elvin Əliman oğlu