Bazar münasibətləri şəraitində, dünya ölkələrinin qarşısında duran aktual problemlərdən biri də dünya bazarlarında rəqabət qabiliyyətliliyi ilə fərqlənə bilən müəyyən mal istehsalın və xidmətlərin göstərilməsinin təşkilidir.
Xarici ticarət əlaqələrinin genişləndirilməsi ilə əlaqədar olaraq ölkənin beynəlxalq əmək bölgüsü sistemində və əmtəə bazarlarında maksimum səmərəli ixtisaslaşması üçün tədbirlərin genişləndirilməsini, dünya ticarətindəki sistemində mənfi təsirlərdən milli iqtisadiyyatın qorunması və Azərbaycanlı istehsalçıların – ixracatçıların dünya bazarlarında möhkəmləndirilməsini tələb edir. Belə ki, müasir dövrdə Azərbaycan Respublikasının xarici–iqtisasdi siyasəti modelinin əsas xüsusiyyətlərindən biri, ilk növbədə ixracyönlü mal və xidmətlərin çeşidini genişləndirmək və həcmini artırmaq, eyni zamanda idxalın məhdudlaşdırmaqla ixrac və idxal arasındakı balansın optimallaşdırılmasıdır. Heç də təsadüfi deyildir ki, ölkəmizin xarici ticarət balansı uzun illərdir sabit olaraq müsbət saldo nümayiş etdirir. Amma, sirr deyildir ki, bu müsbət saldonun əldə edilməsi əsasən neft sektorunun, neft- qaz ixracının hesabına formalaşmışdır. Əgər, xarici ticarət dövriyyəsinin strukturuna və balansına daha dərindən yanaşdıqda görmək olar ki, istehlak malları üzrə idxal- ixrac əməliyyatlarının struktrunda heç də müsbət balans ölkəmizin tərəfində deyildir. Belə ki, istehlak malları üzrə ixrac-idxal əməliyyatlarının strukturunda idxal ixracı üstələyir, yəni mənfi saldodur. Bütün bunlar, xarici ticarət üzrə fəaliyyətin daha səmərəli istiqamətlərinin təşkilini, xüsusi ilə istehlak malları üzrə ixrac-idxal əməliyyatlarının strukturunun təkmilləşdirilməsini, daha optimal proqnozlaşdırılmaların aparılmasını, ümumilikdə istehlak malları üzrə ixrac-idxal əməliyyatlarının iqtisadi səmərəliliyinin artırılmasının əhəmiyyətini artırır.
Açar sözləri: Xarici ticarət əlaqələri, dövlət tənzimlənməsi, idarəetmə, sosial-iqtisadi problemlər, biznes mühiti.