Müasir şəraitdə kapitalın uçotu və təhlilinin metodikası

İqtisadi inkişafın müasir mərhələsi qloballaşma, transmilli kooperasiyaların təsirinin güclənməsi, xarici mühitin daha çox qeyri – müəyyənliyi, rəqabətin yüksək səviyyəsi və digər xü­susiyyətlərin xarakterizə edilməsi kapitalın uçotunun Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğunlaşdırılmasına və onlardan səmərəli istifadə edilməsinə gətirib çıxarır. Eyni zamanda müasir şəraitdə kapitalın uçotunun davamlı inkişafı sahəsində beynəlxalq standartlara cavab verməsi və səmərəliliyinin təhlili məqalədə qeyd olunmuşdur. Bütün bunlar təşkilat və təsərrüfat subyektlərində kapital üzrə istifadə olunmayan daxili ehtiyatların aşkar edilməsinə tam şərait yaratmış olacaqdır.

Məqalədə nizamnamə kapitalı barədə vahid bir anlayışın mövcud olmamasına bax­ma­yaraq qeyd etmək mümkündür ki, nizamnamə kapitalı bir şirkətin kreditorlarının məna­fe­lərinin təmin edilməsi üçün tələb olunan məbləğdə ifadə olunur. Daha dəqiq desək nizamnamə kapitalı şirkətin təsis olunması barədə sənəddə əks olunmaqla onun fəaliyyəti zamanı öhdəlik götürdüyü müqavilələrlə əlaqədar kreditor kimi çıxış edən şəxslərin şirkətin ləğv olunması zamanı şirkətin götürdüyü öhdəliyin icrasını təmin edə bilmək imkanı verir.

Aparılan tədqiqatın nəticələrindən istifadə etməklə təsərrüfat subyektlərindən səmə-rəlilik nöqteyi-nəzərdən dövriyyə kapitalının formalaşması və onlardan istifadə səviyyəsini daha düzgün qiymətləndirmək mümkündür. Bu da müəssisədə kapitaldan istifadənin in­ten­siv­li­yinin və onun maliyyə vəziyyətinin dahada yaxşılaşdırılması imkanlarını müəyyən etməyə imkan verəcəkdir. Dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələri ümumi qiymət­lən­dirilmiş, onların strukturu təhlil edilmişdir. Statistik məlumatlar əsasında müəssisənin döv­riy­yə aktivlərinin maliyyələşdirilməsinin xüsusi və borc mənbələrinin qiymətləndirilməsi meto­di­kası verilmişdir.

Beləliklə, istehsalın səmərəliliyinin yüksəldilməsi baxımından müəssisənin dövriyyə kapitalı ilə təmin olunması və onlardan istifadənin mövcud vəziyyətini səciyyələndirən gös-tə­ricilər sisteminin təhlili və qiymətləndirilməsi metodikasının təkmilləşdirilməsi zəruridir.

Açar sözlər: kapitalın uçotu, kapitalın təhlili, kapitalın səmərəliliyi, kapitalın qiymət­lən­­dirilməsi, nizamnamə kapitalı, səhmlər, əlavə kapital, ehtiyat kapitalı, emissiya gəliri, ka­pi­ta­lın rentabelliyi.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Hacıyev Fazil Şöhlət oğlu