Tədqiqatın məqsədi ─ Azərbaycanda vergi siyasətinin iqtisadi artıma təsirini qiymət-ləndirməkdir.
Tədqiqatın metodologiyası ─ tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləş-dirmə, sistemli yanaşma, iqtisadi-riyazi üsul və analiz metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti ─ vergi dərəcələri və vergi növləri iqtisadi artıma birbaşa təsir etdiyindən bu həddin optimallığının müəyyən edilməsi olduqca önəmlidir. Bu baxımdan beynəlxalq təcrübədən, nəzəri-metodoloji yanaşmalardan istifadə edilərək vergi yükünün iqtisadi artıma təsirini müəyyən etməyə çalışmışdır.
Tədqiqatın nəticələri ─ tədqiq edilən məsələlər onu göstərir ki, vergi sistemi çevik və ödənilmə mexanizmi sadə olmalı, vergi yükü isə ölkədə iqtisadi aktivliyə müsbət təsir etmə-lidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi ─ nəzəri-metodoloji məlumatlar ümumiləş-dirilərək dövlət büdcəsinə yığılan vergiləri mahiyyət etibarilə vergiləri iki növə ayrılmış və təhlili edilmişdir. Məqalənin elmi yeniliyi müəllif tərəfindən vergi yükünün hesablanması ilə bağlıdır. Məlum olmuşdur ki, vergi yükü iqtisadi aktivliyi stimullaşdırmaq üçün qaneedici səviyyədə deyil.
Açar sözlər: Vergi siyasəti, vergi yükü, vergi növləri və vergi dərəcələri, iqtisadi artım, biznesin aktivliyi indeksi və s.