İqtisad elmlərində aktivlərin semantikası və funksiyasına yanaşmalar

Tədqiqatın məqsədi – iqtisadi nəzəriyyədə, funksional iqtisad elmlərində və mühasibat  uçotunda  “aktivlər” və “kapital” anlayışlarının mahiyyətinin, funksiyalarının necə açıqlan- ması və interpretasiya edilməsinin araşdrılmasıdır. 

Tədqiqatın metodologiyası - tədqiqat işində empirik (müqayisə, təfsir) və nəzəri-mən-tiqi (formallaşdırma, aksiomatik, abstraksiya, analiz, sintez, induksiya, deduksiya) metodlar-dan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – mahiyyət, məzmun və tərkib nöqteyi-nəzərindən bü-tün iqtisad elmləri üçün eyni olan obyektlərin müxtəlif anlayışlarla ifadə edilməsi və bu anlayışların semantikasına müxtəlif yanaşmaların tətbiqi bir sıra nəzəri-metodoloji və praktiki problemlər yaradır. Bu sahədə aparılmış tədqiqatın nəticələri və əldə edilmiş ümumiləşdir-mələr vahid iqtisadi dilin yaradılması, uçot-hesabat sistemində aktivlər üzrə formalaşdırılan informasiyanın məzmunu və strukturunun yaxşılaşdırılması üçün tətbiq oluna bilər.

Tədqiqatın nəticələri – tədqiqat əsasında müəyyən edilmişdir ki, aktivlərin mahiy-yətinin yalnız iqtisadi fayda yaratmaq potensialı kimi təsbit edilməsi, uçotun metodologiya-sının isə bu semantika üzərində qurulması müəssisələrin fəaliyyətinin nəticələrini əsasən bir göstərici, yəni mənfəət göstəricisi bazasında təhlil etməyə və qiymətləndirməyə səbəb olur. Əsaslandırılmışdır ki, aktivlərin mahiyyətinə və istifadəsinin nəticələrinə təkcə iqtisadi deyil, həm də sosial və ekoloji problemlərin həll edilməsinin maliyyə mənbəyi kimi baxılmalı, uço-tun metodologiyası da bu konsepsiya əsasında inkişaf etdirilməlidir.

Tədiqiqatın orijinallığı və elmi yeniliyi – “aktivlər” anlayışının iqtisadi-sosial mahiy-yətini və funksiyasını daha dəqiq ifadə edən tərif formulə edilmiş, kapital və öhdəliklərin aktivlərin yaranma mənbələri deyil, müəssisənin nəzarətində olan aktivlər üzərində mülkiyyət hüquqlarını əks etdirdiyi konsepsiyası irəli sürülmüş və əsaslandırılmışdır.

Açar sözlər: aktivlər, kapital, anlayış, mahiyyət, funksiya iqtisadi fayda, mülkiyyət hü-ququ, konsepsiya.

 

Fayl

PDF

Buraxılış

№1 - 2021

Müəllif

Quliyev Vaqif Məhərrəm oğlu