Tədqiqatın məqsədi – birgə fəaliyyət formalarında maliyyə-təsərrüfat əməliyyatlarının uçotu və maliyyə hesabatlarının normativ-hüquqi bazası və onun təkmilləşdirilməsi istiqa-mətlərinin öyrənilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqat işində müqayisəli təhlil, sistemli yanaşma, mən-tiqi ümumiləşdirmə metodlarından istifadə edilib.
Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırki dövrdə, xüsusilə, beynəlxalq miqyasda getdikcə genişlənməkdə olan birgə fəaliyyət formalarında mühasibat uçotunun aparılmasının normativ-hüquqi bazası müvafiq istiqamət üzrə qurumlar tərəfindən daim yenilənməkdə və təkmilləşdirilməkdədir.
Tədqiqatın nəticəsi – vahid normativ hüquqi bazanın formalaşdırılması birgə fəaliyyət formalarında şəffaflığın və hesabatlılığın yüksəlməsinə, eyni zamanda həm şirkətlərarası, həm də ölkələrarası iqtisadi münasibətlərin inkişafına təkan verməkdədir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – vahid uçot-hesabat standartlarının tətbiqinin üstün cəhətləri müəyyənləşdirilmiş, normativ-hüquqi bazada aparılan dəyişikliklərin səbəbləri dəqiqləşdirilmiş və standartlar arasındakı təsir əlaqələri nəzərdən keçirilmişdir.
Açar sözlər: birgə fəaliyyət, birgə əməliyyat, birgə müəssisə, normativ-hüquqi baza, MUBS, MHBS.