UNESCO ümumdünya mədəni irs siyahısına daxil edilmiş obyektlərdə turizm və onun iqtisadiyyata təsiri

Tədqiqatın məqsədi – UNESCO ümumdünya mədəni irs siyahısına daxil edilmiş obyektlərdə turizm və onun iqtisadiyyata təsirinin öyrənilməsidir.

Tədqiqatın metodologiyası – müqayisəli təhlil, sintez, hesablama üsulları (ÜDM).

Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırkı dövrdə UNESCO ümumdünya mədəni irsinə daxil edilmiş abidələrin dünyaya tanıdılmasının iqtisadiyyata təsirini öyrənir.

Tədqiqatın nəticəsi – turizm UNESCO ümumdünya mədəni irs obyektləri üzərindəki sosial-iqtisadi təsirə birbaşa təsir etmək gücünə malikdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiq edilən problemlər və bir çox faktlar xü­­susilə Azərbaycanda UNESCO abidələrinin iqtisadiyata təsiri mədəni turizmin, ölkəni ziyarət edən turist sayının, ölkənin turizmdən əldə etdiyi gəlirin və ÜDM dərəcəsi ilə yaxından əlaqəli olduğu məlumdur.

Açar sözlər: turizm, mədəni turizm, UNESCO ümumdünya mədəni irs siyahısı, iqtisadi təsir.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Musayev Akif Fərhad oğlu

Hacıyeva Elmira Nizami qızı