İnnovativ sahibkarlıq: fərdi və institusional amillər

Tədqiqatın məqsədi - sürətlə qloballaşan dünyada iqtisadi inkişafın təmin olunmasında və rəqabətə dayanıqlı sistemin formalaşmasında yaxından iştirak edən innovativ sahibkarlıq fəaliyyətinin dinamikasını araşdırmaq və Azər­bay­canda innovativ sahibkarlıq fəaliyyətinin cari vəziyyətinin təhlili, dünyada və Azərbaycanda innovasiya yönümlü sahibkarlığın stimul-laşdırılmasının iqtisadiyyata verdiyi töhfələrin müəy­yən­ləş­di­rilməsidir.

 Tədqiqatın metodologiyası - tədqiqat işi müqayisəli təhlil, empirik yanaşmalar və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən innovasiya yönümlü sahibkarlıq fəaliyyətinin formalaşdırılması istiqamətində problemlərin həlli üzrə kompleks və sistemli tədbirlərin, konseptual yanaşmaların hazırlanma-sında istifadə oluna bilər.

Tədqiqatın nəticələri - aparılan bütün araşdırmalarda həm fərdi, həm də institusional bir sıra amillərin innovativ sahibkarlıq fəaliyyətinə eyni zamanda təsir etdiyi vurğulanmaq-dadır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - ondan ibarətdir ki, fərdi və institusional sə-viyyədə innovasiyalı sahibkarlıq fəaliyyətinin konseptual çərçivəsi hazırlanmışdır. Bu məq-sədlə, fərdi səviyyədə fərdin keçmişdən gələn təcrübəsinin, sosial kapitalının, uğursuzluq qorxusunun, öz qabiliyyətlərinə olan etimadının və fürsət hisslərinin təsirləri ortaya qoyul-muşdur. İnstitusional səviyyədə isə, yeni formalaşan sahibkarlara dövlət dəstəyi, fiskal və bürokratik tədbirlər, mülkiyyət hüquq sisteminin təminatının gücləndirilməsi və sahibkarlıq fəaliyyətlərinə mədəni dəstək səviyyəsinin təsiri araşdırılmışdır.

Açar sözlər: sahibkarlıq, innovasiya, iqtisadi inkişaf, institusional amillər.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Zeynalov Anar Abbas oğlu