Xarici iqtisadi əlaqələrin mahiyyəti və inkişaf qanunauyğunluqları

Tədqiqatın məqsədi - bazar  münasibətləri şəraitində rəqabətqabiliyyətli iqtisadiyyatda xarici iqtisadi əlaqələrin amillərinin müəyyənləşdirilməsi və bu prosesin qiymətləndirilmə-sinin xüsusi əhəmiyyət kəsb etməsinin müəyyən edilməsi.

Tədqiqatın metodologiyası – ölkənin xarici iqtisadi əlaqələrinin inkişaf istiqamətlə-rinin müqayisəli təhlili və inkişafı, eləcə də bu əlaqələrin formalaşması xarici ticarət dövriyyə-sinin stimullaşdırılmasına aid metodoloji yanaşmalar və bir çox tədqiqatçıların elmi fikirləri aiddir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda qeyd olunmuş materiallar ölkənin xarici iqtisadi əlaqələrinin düzgün və səmərəli qurulmasında əhəmiyyətli rol oynaya bilər.

Tədqiqatın nəticələri –2020-ci ildə sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və dünya bazarına çıxış imkanlarının asanlaşdırılması və digər istiqamətlərdə kompleks işlərin görülməsi təklif edilir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində bir çox tədqiqatçıların elmi əsərlərinə istinad olunmuşdur. Eyni zamanda tədqiqat işində iqtisadi əlaqələrin uyğun istiqamətlərini tapmaqla xarici-iqtisadi əlaqələri modeli­nin genişləndirilməsi, ixracyönümlü məhsulların idxalını məhdudlaşdırması üsulları qeyd edilmişdir.

Açar sözlər: xarici iqtisadi əlaqələr, idxal-ixrac, beynəlxalq əmək bölgüsü, beynəlxalq iqtisadi münasibətlər, məhsuldar qüvvə.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Nəbizadə Kamran Rauf oğlu