Azərbaycanda maliyyə bazarlarının inkişafının nəzəri və praktiki aspektləri

Tədqiqatın məqsədi - Azərbaycan Respublikasının maliyyə bazarlarının tənzimlənməsi və dünya maliyyə bazarlarına inteqrasiyası üçün onun formalaşması və inkişafının konseptual əsaslarının işlənib hazırlanmasından ibarətdir. Bu məqsədləri reallaşdırmaq üçün maliyyə bazarlarının fəaliyyətinin metodologiya əsaslarını işləmək təşkili şərtləri və prinsiplərinin qiy­mət­ləndirmək, iqtisadiyyatın strukturunda maliyyə bazarlarının yeri və rolunu tədqiq etmək kimi vəzifələr qarşıya qoyulmuşdur.

Tədqiqatın metodologiyası - sistemli təhlilin və məntiqin prinsipləri, bazar tarazlığı və bazar subyektlərinin səmərəli davranışı konsepsiyasından ibarətdir. Araşdırmalar aparılarkən ümumi elmi metodlardan: induktiv və  deduktiv təhlildən, təsnifləşdirmə və qruplaşdırmadan və iqtisadi – statistik metodlardan istifadə edilmişdir. Onların əlaqələndirilməsi isə tədqiqatın zə­ruri səviyyədə dərinliyini və universallığını təmin etməyə və nəticələrinin əsaslandırmağa imkan verir.

Tədqiqat tətbiqi əhəmiyyəti. Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər investisiya fondu, bank və sığorta sahələrinin, habelə ödəniş sisteminin fəaliyyətinin çevik­li­yi­nin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimlənmə və nəzarət siste­mi­nin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.

Tədqiqatın nəticələri. Müasir dövrdə Azərbaycanda maliyyə bazarının inkişaf tem­pi­nin və cari vəziyyətinin lazımı səviyyədə olmamasının əsas səbəbləri kimi informasiya baza­sı­nın təkmil olmaması, şəffaflığın aşağı səviyyədə olması, eləcə də, investorların sayının azlığı, ma­liy­yə savadlılığının kifayət dərəcədə olmaması və əhalinin bu sahəyə marağının olmaması və s. göstərmək olar. Təcrübə göstərir ki, istər ümumi maliyyə sisteminin, istərsə də maliyyə ba­za­rının inkişafının bu cür ləngiməsinə inkişaf etmiş ölkələrin mövqeyindən yanaşma bu sahədə mövcud bir çox problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələrin aradan qaldırılmasından ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə ölkənin maliyyə sisteminin sabit və dayanıqlı olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olu­nur ki, bunlarda ölkədə maliyyə bazarlarının inkişafının əsas amilləri kimi qiymətləndirilir. Azər­­baycanın maliyyə bazarlarının inkişaf xüsusiyyətlərinin təhlili əsasında belə nəticəyə gə­lin­mişdir ki, onun formalaşması və fəaliyyəti maliyyə bazarının ayrı-ayrı sektorlarının mər­hə­lə­lər üzrə formalaşması və onların inteqrasiyası, habelə liberallaş­ması və dünya maliyyə ba­za­rı­na daxil olunmasından ibarət olan ümumi qanunauyğunluqlarla eynilik təşkil edir. Azərbay­can maliyyə bazarlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən əsaslan­dırıl­mış təklif və tövsiyələr işlənib hazırlanmışdır.

Açar sözlər: maliyyə bazarı, investisiya, maliyyə vəsaitləri, iqtisadi artım, qiymətli ka­ğız­lar bazarı, maliyyə alətləri, iqtisadi sistem.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Rəsulova Günay Rasim qızı