Beynəlxalq təcrübədə qeyri-dövlət pensiya fondlarının təminat subyektləri və müasir vəziyyəti

Tədqiqatın məqsədi. Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən əsas meyar onun sosial müdafiə sisteminin vəziyyətidir. Sosial müdafiə sistemi baxımından əhalinin so­si­al müavinətlərin, əmək pensiyalarının və digər sığorta tipli müavinətlərlə yanaşı qeyri-dövlət pen­siya fondları hesabına da təmin etmək mümkündür. Tədqiqatın məqsədi qeyri-dövlət pen­si­ya fondları sisteminin formalaşdırılması və onların ölkənin iqtisadi sisteminə trans­for­ma­si­ya­sının nəzəri və hüquqi aspektlərinin öyrənilməsi və bu istiqamətdə əməli təkliflərin əsas­lan­dırıl­masıdır.

Tədqiqat metodologiyası müasir dünya təsərrüfatı üzrə qeyri-dövlət pensiya fondları sisteminin statistik materiallar əsasında öyrənilməsi və bu istiqamətdə yazılan iqtisadi ədəbiy­yat­larda olan  nəzəri ümumiləşdirmələr aparmaqdan ibarətdir.   Eyni zamanda statistik təhli­l­lər, sistemli yanaşma, fundamental təhlil və s. kimi elmi metodlardan istifadə edilib.

Tədqiqatın tətbiqi əhəmiyyəti. Tədqiqatda qeyri-dövlət pensiya fondlarının dünya ölkələri üzrə vəziyyəti və həmin ölkələrdə sosial müdafiə sisteminin formalaşmasına təsiri xü­su­si proqram təminatlarında istifadə edilərək tədqiq edilmişdir. Təklif olunan təhlil metodikası bir ölkənin qeyri-dövlət pensiya fondunun sosial hökumət sistemində rolunu qiymətlən­dir­mə­yə imkan verəcəkdir.

Tədqiqatın nəticələri.  Araşdırma nəticəsində bir sıra dünya ölkələrində qeyri-dövlət pen­­siya fondlarının maliyyə imkanları, inkişaf xüsusiyyətləri və perspektivləri müəyyənləş­di­ril­miş və qeyri-pensiya fondlarının ümumi makroiqtisadi göstəricilərlə müqayisəli vəziyyəti təd­qiq edilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi. Tədqiqat işində riyazi-statistik hesablama­lar­dan xüsusi proqram təminatları və Excel proqramının imkanlarından istifadə edilmişdir. İnki­şaf etmiş bir sıra ölkələrin qeyri-dövlət pensiya fondunun iqtisadi göstəriciləri makroiqtisadi gös­təricilərlə əlaqəli öyrənilmişdir.

Açar sözlər: qeyri-dövlət pensiya fondları, fəaliyyət sisteminin təminat obyektləri, pen­si­ya fondlarına məcburi ödənişlər, korrelyasiya əmsalı, özəl pensiya fondlarına yönəldilmiş in­ves­tisiyalar.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Vahabzadə Nigar Mirqasım qızı