Tədqiqatın məqsədi – rəqəmsal iqtisadiyyat şəraitində elektron kommersiya əməliyyatlarının inkişaf istiqamətlərinin təhlili və onların vergiyə cəlb edilməsi xüsusiyyətlərinin araşdırılması.
Tədqiqatın metodologiyası – müqayisəli təhlil, sistemli yanaşma, analiz, sintez və deduksiya üsulları.
Tədqiqatın nəticələri – rəqəmsallaşmanın iqtisadiyyatın inkişafındakı rolu və rəqəmsal iqtisadiyyat şəraitində vergitutma məsələləri ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması yolları barədə təkliflərin verilməsi.
Tədqiqatın məhdudiyyətləri – rəqəmsal iqtisadiyyat şəraitində vergitutma məsələləri onun müxtəlif sahələri üzrə aparılmalı və yalnız dərin elmi cəhətdən əsaslandırıldıqdan sonra praktiki əhəmiyyətə malik ola bilən təkliflər verilməlidir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırda iqtisadiyyatın rəqəmsallaşması qloballaşmış dünyada sürətlə artması və demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə etməsi mobil vergi mexanizmlərinin tətbiq edilməsini tələb edir.
Praktiki tətbiq edilə bilən vergi mexanizmləri, ilk növbədə, elmi cəhətdən əsaslandırılmalıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiq edilən problemlər və bir çox faktlar xüsusilə Azərbaycanda rəqəmsal iqtisadiyyat şəraitində vergitutma məsələləri elmi iqtisadi ədəbiyyatda yeni olaraq daxil edilmişdir.
Açar sözlər: rəqəmsal iqtisadiyyat, elektron kommersiya, elektron ticarət, vergitutma, rəqəmsal texnologiyalar.
Musayev Akif Fərhad oğlu
Əsədova Səbinə Sadıx qızı
Mədətova Şahzadə Qafar qızı