Tədqiqatın məqsədi – bu məqalənin məqsədi milli bank sektorunun mövcud vəziy-yətini səciyyələndirmək, həmçinin onun inkişaf perspektivlərinin müəyyənləşdirilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqatın gedişatında ədəbiyyat mənbələrin nəzərdən keçirilməsi və ümumiləşdirmə, abstraksiya, statistik təhlil kimi tədqiqat üsulları istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, bu tədqiqat bu sahədə çalışan və tədqiqat aparan mütəxəssislər üçün faydalı ola, həmçinin onların əməli biliklərinin zənginləş-dirilməsində müsbət rol oynaya bilər.
Tədqiqatın nəticələri – tədqiqatın yekununda aşağıdakı problemlərin olmasının nəti-cəsinə gəlindi: Azərbaycanın bank sektorunun aşağı kapitalizasiya səviyyəsi, xarici və daxili amillər səbəbindən bank sektorunun qeyri-sabitliyi, institusional xarakterli problemlər, yüksək konsentrasiya. Həmçinin tədqiqatın nəticəsi kimi milli bank sektorunun inkişafı üçün bəzi tədbirlər göstərilmişdir. Müəllif Azərbaycanın bank sektorunun vəziyyətini araşdırdı, bank sisteminin və ümumi iqtisadiyyatının bəzi göstəricilərini təhlil etdi, bank sisteminin inkişafı üçün bir sıra tədbirlər göstərdi ki, onların arasında prioritet olanları vurğulandı. Azərbaycanın müasir bank sektorunda baş verən dəyişikliklər və yeniliklər nəzərdən keçirildi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, bir sıra tədbirlər göstərilir ki, onlar bank sektorunun gələcək inkişafı üçün töhfə verə bilər.
Açar sözlər: bank sistemi, rəqəmsallaşma, perspektivlər, pul köçürmələri, rəqəmsal ödənişlər.