X Ü L A S Ə
Tədqiqatın məqsədi - ölkənin enerji sektorunda baş verən struktur dəyişikliklərinin mahiyyətini araşdırmaq, enerji keçidinin iqtisadi, ekoloji və texnoloji aspektlərini elmi baxımdan əsaslandırmaq və bu prosesin qlobal enerji transformasiyası tendensiyaları ilə qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdir.
Tədqiqatın metodologiyası - tədqiqatda deskriptiv və analitik metodlardan istifadə olunmuş, beynəlxalq təşkilatların hesabatları, rəsmi statistik məlumatlar və strateji sənədlər əsasında müqayisəli təhlil aparılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilən nəticələr milli enerji strategiyasının təkmilləşdirilməsi, yaşıl iqtisadiyyatın formalaşdırılması və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində praktik tövsiyələrin hazırlanmasına xidmət edir.
Tədqiqatın nəticələri göstərir ki, Azərbaycanın enerji keçidi bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji infrastrukturunun modernləşdirilməsi və “yaşıl enerji zonalarının” yaradılması istiqamətində inkişaf edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi milli enerji siyasətinin transformasiya mərhələsinin sistemli təhlili və onun regional enerji inteqrasiyası proseslərindəki strateji rolunun elmi əsaslarla izahı ilə müəyyən olunur.
Açar sözlər: enerji keçidi, yaşıl enerji, bərpa olunan enerji, enerji təhlükəsizliyi, “Yaşıl Enerji Zonası”.