X Ü L A S Ə
Tədqiqatın məqsədi - rəqəmsal iqtisadiyyat şəraitində daxili nəzarətin inkişaf istiqamətlərindən biri kimi daxili auditin nəzəri-metodoloji məsələlərinin tədqiqidir. Məqalədə rəqəmsallaşma şəraitində daxili auditin təşkili xüsusiyyətlərinə dair mövcud elmi yanaşmalar və rəqəmsal iqtisadiyyatın tələbləri qarşılıqlı tədqiq edilmişdir.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, təhlil və müxtəlif tədqiqatçıların elmi əsərlərindəki nəzəri baxışların ümumiləşdirilməsindən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Azərbaycan Respublikasında daxili auditin təşkili, rəqəmsallaşdırılması, inkişafı və stimullaşdırılması ilə bağlı aktual problemlərin həll olunmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri - rəqəmsal daxili auditin metodoloji əsasları əsaslandırılmış, müasir şəraitdə daxili nəzarət sisteminin ayrılmaz hissəsi kimi daxili audit funksiyası və rolu müəyyənləşdirilmişdir. Rəqəmsal auditin aparılması üstünlükləri şərh edilməklə daxili auditin inkişafının strateji yol xəritəsinin hazılanması təklif edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda rəqəmsal daxili auditin təşkilinin xarakterik xüsusiyyətlərinə dair müasir baxışlar formalaşdırılmış, müxtəlif alimlərin elmi əsərlərindən və mövcud qanunlardan bəhrələnməklə problemlər üzrə əsaslandırılmış ciddi mexanizmlər müəyyənləşdirilmiş və metodoloji üsullar verilmişdir.
Açar sözlər: rəqəmsal iqtisadiyyat, daxili audit, risklərin idarə olunması, audit, informasiya təhlükəsizliyi.